Əli Həsənov: ‘İlham Əliyev heç bir xarici dövlətə söykənməyib, bundan sonra da söykənməyəcək’

Əli Həsənov: ‘İlham Əliyev heç bir xarici dövlətə söykənməyib, bundan sonra da söykənməyəcək’
SİYASƏT
15:06 03.06.2013
1700

“Heç bir xarici güc Azərbaycan prezidentini müstəqillik iradəsindən az da olsa geriyə çəkindirə bilməyib və çəkindirə bilməyəcək”

“Azərbaycan bu gün sözün həqiqi mənasında həm regionun, həm də dünyanın ciddi bir amilinə çevrilmiş dövlətdir. Azərbaycanın müstəqil siyasəti ilə ya hesablaşırlar, ya da bəziləri ona qarşı tədbirlər görmək istəyirlər, amma gücləri çatmır. Bu gün xüsusilə Xəzər hövzəsində transenerji layihələrinin həyata keçirilməsi, Şərq-Qərb transmilli nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması, inkişafı və digər məsələlərdə Azərbaycanın rəyi mütləq şəkildə nəzərə alınır. Azərbaycan iqtidarı həqiqi mənada dövlətin, xalqın maraqlarını təmsil etmək iqtidarındadır”.APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının bu gün keçirilən hesabat konfransındakı çıxışında deyib.

O, müxalifətin fəaliyyətini də tənqid edib: “Azərbaycanın milli maraqlarının qorunması sahəsində nümayiş etdirdiyi müstəqil siyasət bəzilərinin xoşuna gəlmir və onlar ölkəmizə qarşı müəyyən bloklar qurmağa çalışırlar. Azərbaycan müxalifəti isə hər yola getməyə hazırdır, təki hakimiyyət ehtirası təmin olunsun. Onlar Azərbaycan dövlətinə qarşı xaricdən gələn təzyiqlərə dəstək verirlər. Məsələn, bu gün qəzetlərin bir neçəsinə baxıram, yazılır: “Azərbaycan hakimiyyəti küncə sıxışdırılıb”. Niyə? Azərbaycan hakimiyyətini təhrik edirlər ki, filan bloka qoşulsun. “Hakimiyyət küncə sıxılıb”. Görürsünüz?! Azərbaycan Prezidentinin milli, dövlətçilik iradəsinə dəstək vermək əvəzinə, görün müxalifət nə qədər miskin vəziyyətə düşüb ki, hakimiyyətə gəlmək xətrinə hər şeyin üstündən keçməyə hazırdır. Elə hər şeyin üstündən keçməyə hazır olduqlarına görə də 20 ildir ki müxalifətdədirlər. Öz maraqlarını Azərbaycan xalqının maraqlarına uyğun qurmadıqlarına görə bu gün onlar xaricdə dayaq axtarırlar”.

Ə. Həsənov müxalifətin 20 il əvvəlki fəaliyyətini nümunə göstərib: “Yadınızdadırsa, 1993-cü ilin iyunun 3-də onların rəhbərlərindən biri bəyan elədi ki, biz hakimiyyətdə elə oturmuşuq ki, bütün xalq bizim üzərimizə gəlsə də, hakimiyyətdən gedən deyilik. Amma aradan bir həftə keçdikdən sonra Azərbaycan xalqı ayağa qalxdı və onlara yerlərini göstərdi. Hələ də bunlara dərs olmayıb ki, xalqın iradəsinə söykənməyən heç bir siyasət uğur qazana bilməz.

Xalqa söykənməyin isə nümunəsi İlham Əliyevdir, nümunəvi partiya Yeni Azərbaycan Partiyasıdır. Müxalifət deyir ki, İlham Əliyev seçkiqabağı kampaniya aparmır. Heç aparmayacaq da. Bilirsiniz niyə aparmır? Çünki İlham Əliyev seçkilərin nəticəsini yox, xalqın, bu gənc nəslin gələcəyini düşünür. İlham Əliyevin düşüncəsi millətimizin gələcəyi ilə bağlıdır. YAP-ın yürütdüyü siyasət Azərbaycan xalqının gələcəyidir, milli birliyin, milli maraqların qorunmasıdır. İlham Əliyev heç bir xarici dövlətə söykənməyib, bundan sonra da söykənməyəcək. Heç bir xarici güc İlham Əliyevi müstəqillik iradəsindən az da olsa geriyə çəkindirə bilməyib və çəkindirə bilməyəcək!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu