Əli Həsənov Kəlbəcər İcra Hakimiyyətindəki özbaşınalıqdan danışdı - AÇIQLAMA

SİYASƏT
14:07 19.02.2014
1486

Təəssüflər olsun ki, son vaxtlar ölkənin bəzi bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın və məcburi köçkünlərə istiqamətləniblər.

AZXEBER.COM-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bununla bağlı bir neçə dəfə KİV vasitəsilə qaçqınları və məcburi köçkünləri xəbərdar etdiyini vurğulayıb. Baş nazirin müavini xatırladıb ki, bu günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın damına çıxıb intihara cəhd etmək istəyib:

“Mənzil əldə etmək üçün özünü yandırma kimi istifadə meyilləri ortaya çıxıb. Mən bir daha xəbərdarlıq etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın. Ancaq biz bu cür ədalətsizliyə yol verə bilmərik. Bizdə siyahılar var. Biz bilirik ki orda 20 il yaşayanlar kimdir. Məsələn kəlbəcərli köçkün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsində gəlib yaşayır. Bir il bundan qabaq Kəlbəcər RİH-in bəzi işçiləri qanunsuz yolla bunu qeydiyyata salırlar ki, bu şəxs ev alsın. Biz bu qanunsuzluğa yol verə bilmərik”.

Ə.Həsənov bildirib ki, qəbuluna məcburi qaçqın olan qadın gəlib və bildirir ki, 44 nəfər məcburi köçkündən dələduzlar 370 min manat toplayıb: “Bunların hamısında Ağdamdan olan məcburi köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs pulun 170 min manatını qaytarıb. Qalan pulu ödəyə bilmədiyindən Türkiyəyə qaçıb. Bu cür halların hamısına son qoyulacaq”.

OXŞAR XƏBƏRLƏR