Əli Həsənov: "Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır"

 Əli Həsənov: "Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır"
SİYASƏT
18:36 26.12.2016
5044
"Dünən  cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların  hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından  asılı olmayaraq,  həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli  fəaliyyətini yüksək qiymətləndirib".   

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov  xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı  müzakirələrə münasibət bildirərkən deyib.
 
Ə. Həsənov qeyd edib ki, Prezident İlham Əliyev də mərhum prezident Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir və  həmvətənlərimizlə bağlı məsələlərə prinsipial şəkildə yanaşaraq  onları  daim diqqət mərkəzində saxlayır: "Cənab Prezident  Dünya Azərbaycanlılarının II  Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır: "Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.
 
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla  bağlı mövqeyi birmənalıdır və bu yanaşmada  həmvətənlərimizin  fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: " Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı  məsuliyyəti də  bilavasitə o özü daşıyır".
 
Ə. Həsənov xaricdə yaşayan soydaşlarımızı qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib,  onlara cansağlığı, xoşbəxtlik  və səadət arzulayıb.
 
Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub və sosial şəbəkələrdə aktiv müzakirə olunmaqdadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO