Əli Həsənov: “Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir”

Əli Həsənov: “Status-kvonun dəyişdirilməsi torpaqların azad edilməsi deməkdir”
SİYASƏT
02:08 08.11.2014
1258

Bu gün ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində baş tutub. Oktyabrın 22-dən noyabrın 7-dək davam edən kursların dinləyiciləri Azərbaycan Dillər Universitetinin tələbələri olublar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov kursların sonuncu günündə tələbələr qarşısında “Münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda mühazirə ilə çıxış edib. Professor Əli Həsənov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqeyindən danışıb. Prezident Administrasiyasının şöbə müdiri deyib: “Ermənistan çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal olunmuş torpaqların əslində azad edilməsi deməkdir”. Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanındığını vurğulayan Əli Həsənov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Şöbə müdiri beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qərar və qətnamələrdə də hüquqi cəhətdən bizim mövqeyimizin kifayət qədər möhkəm olduğunu bildirib. Azərbaycanın diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb. Biz Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü böyük siyasətə dəstək verməliyik. Eyni zamanda, ermənilərin təcavüzkar siyasətinə ağıl və intellektlə yanaşmalı, həm də güclü olmalıyıq. Professor Əli Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq. Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA-nın Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı” mövzularında mühazirələr oxuyublar. Sonda dinləyicilərə sertifikatlar verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır