Əli Həsənovun kadrı şeyxi tənqid edən Ərdoğanın baş müşavirini hədəfə aldı: “Mücahid bəy çox böyük səhv edir”

SİYASƏT
10:57 27.07.2021
2988
"Kəskin zəka və iti qələm sahibi Yılmaz Özdilin Türkiyə Prezidentinə qarşı münasibəti sirr deyil. Bəlkə də yazıları ilə Cənab Ərdoğanın nüfuzuna ən çox xələl yetirən jurnalistdir. Onun 2013-cü ildə bir çıxışında qəfildən Prezidenti müdafiə etməsi hər kəsi təəccübləndirmişdi. Suriya Prezidenti Bəşər Əsədin cənab Ərdoğan haqqında təhqiramiz ifadələr işlətməsi Özdilin heysiyyatına toxunmuşdu. "Benim Cumhurbaşkanıma kimsə hakaret edəməz, çünki o, Türkiyədir".

AZXEBER.COM Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin sabiq köməkçisi Əli Həsənovun qohumu və işçisi Bəhruz Həsənov qeyd edib.

O, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx Allahşükür Paşazadəni tənqid edən Ərdoğanın baş müşaviri ilə bağlı fikirlərini bölüşüb:

"Bu, dövlətçilikdir, dövlət ədəbidir, ərkandır və bu kimi keyfiyyətlərə sahib olmaq üçün dövlət qulluqçusu olmağa gərək yoxdur. 

Dövlətçilik damarında axmalıdır, onu duymalısan, hiss etməlisən. Dini idarənin rəhbəri Hacı Allahşükür Paşazadə ilə bağlı olaya da bu astpekdən yanaşıram. O, böyük və dərin ənənələrin simasıdır. Hər nə qədər bizi təəssüfləndirsə də bu, belədir. Mənə qalsa Şeyxülislamın artıq getmək vaxtıdır, yaş üstünə yaş gəldikcə səhv üstünə səhv gəlir, şəxsən mən məlum "fətva" açıqlamasını özüm üçün həqarət hesab edirəm.

Amma böyük hörmət bəslədiyim Türkiyə Prezidentinin müşaviri Mücahid bəy çox böyük səhv edir ki, Şeyx haqqında ironik status paylaşır. Birincisi, Şeyx PA rəsmisi deyil, ona irad tutulacaqsa qardaş ölkənin Dəyanət İşləri idarəsi bunu edə bilər. Ki, onlar da etməməlidir, bunun üçün məxfi kanallar var.

İkincisi, Azərbaycan ictimaiyyəti məlum açıqlamanı qınadı, qınayır. Kor deyilik, qardaşımız və düşmənimizi seçməyi bacarırıq, din adı altında pərdələnmiş hər cür riyakarlığı sezə bilirik. Hətta Fətullah Gülən təhlükəsini də ilk biz sezmişdik, o zaman Ankarada sarmaş-dolaş idilər”.

Bəhruz Həsənov Türkiyə dövlət rəsmisinin iki ölkə ilə bağlı məsələlərdə daha diqqətli olmasının lazım olduğunu vurğulayıb:

"Bizim ən böyük dəstəyimiz hər zaman Türkiyədir, mənim üçün bu ölkə iki Vətənimdən biridir. Uşaqlıqdan bəri bütün həyatım Türkiyə ilə bağlı olub. Amma ola bilər məmləkətdə İran sevdalıları da olsun, normaldır. Hətta Türkiyənin özündə də İranın müəyyən dairələrinin təsirində olan 100 minlərlə insan var. İndi nə edək? Hamısını qılıncdan keçirək? Yəni qardaş ölkənin PA rəsmisi daha diqqətli olmalıdır.
 
Şahsına olmaya bilir, ama makam saygı gerektirir!

Ve ya devlet mensubu gazeteçi değil, o, her aklından keçeni konuşamaz, konuşmamalı...

Digər məsələlərə isə toxunmuram, amma qardaş ölkədə məşhur deyim var: "kol kırılır, yen içində kalır".

OXŞAR XƏBƏRLƏR