Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi ?- AÇIQLAMA

Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi ?- AÇIQLAMA
SOSİAL
14:19 14.03.2018
1716
Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Unikal.org-a Komissiyaya yüzlərlə müraciətin olduğunu və məhkumların kimlikləri barədə məlumatı açıqlamağın etik qaydalara uyğun olmadığını dilə gətirib:

"Bu fərdi məlumat sayılır. Bu barədə məlumatı yalnız müraciət edən məhkumun özü və yaxud yaxınları deyə bilər. Hər bir məhkum bu müraciəti edə bilər. Amma qanunvericiliyin müəyyənləşdirdiyi qaydada, müraciət araşdırılır və bir neçə meyara uyğun əfvə düşüb-düşməyəcəyi müəyyənləşdirilir.
Sonda məhkumun, zərərçəkmişin, cəmiyətin və eyni zamanda dövlətin maraqları nəzərə alınaraq qərar verilir. Yenə də ən sonda, əfvlə bağlı qərarı qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Əliməmməd Nuriyev həmçinin hansı məhkumlar əfv siyahısına düşə bilər? sualımıza da belə cavab verib:

"Əfvlə bağlı hər bir məhkum müraciət edə bilər və burada heç bir məhdudiyyət yoxdur. Əfv Məsələləri Komissiyasının üzvləri qanunvericiliyə uyğun olaraq əfvə düşəcək məhkumların siyahısını hazırlayır.
Qanunvericiliyə görə, əfvə düşəcək məhkumlar törətdikləri ayrı-ayrı cinayətlərə görə aşağıdakı qaydalara uyğun müəyyənləşdirilir.

Böyük ictimai təsiri olmayan cinayətlərə görə, məhkəmə qanunu qüvvəyə mindikdən sonra, məhkum olunan şəxs dərhal müraciət edə bilər.

Bəzi cinayətlərə görə, məhkum cəzasının 3/1 hissəsini çəkdikdən sonra, əfvə müraciət edə bilər və bunun siyahıya düşmək şansı var.

Ağır cinayətlərə görə, məhkum olunanlar cəzasının yarı hissəsini çəkdikdən sonra əfv komissiyasına müraciət edə bilər.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının yalnız 10 il müddəti keçdikdən sonra əfvə düşə bilər”.

Xatırladaq ki, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail  Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı 18.12.2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əliməmməd Nuriyevin dediklərinə istinad etsək, N.Allahverdiyevin törətdiyi cəza ağır cinayət məhsuliyyəti daşıdığı üçün, sözügedən şəxs ən azı 2 il də məhkumluq həyatı yaşayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR
15:31 17.07.2025
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTOLAR