Əli Hüseynli: "Artan nüfuzumuz diasporaya xüsusi diqqət göstərilməsini tələb edir"

Əli Hüseynli: "Artan nüfuzumuz diasporaya xüsusi diqqət göstərilməsini tələb edir"
SOSİAL
13:40 03.12.2019
2324
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir:

"Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb. Ölkəmizdə diaspor fəaliyyətinə çox böyük əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə Prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir.

Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız bir sıra orden və medallarla təltif olunublar. Bu baxımdan xüsusi bir medalın – "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması çox əhəmiyyətli addımdır. Həm birinci, həm də ikinci oxunuşda həmkarlarımız da bu məsələni dəstəkləyib. Düşünürəm ki, üçüncü oxunuşla bağlı başqa bir problem yoxdur. Bu qanunun qəbul edilməsi orden və medallarımızın siyahısına şərəfli töhfəsini vermiş olacaq”. 

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
18:10 22.08.2025
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
17:46 22.08.2025
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
17:34 22.08.2025
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
17:24 22.08.2025
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
17:13 22.08.2025
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
17:03 22.08.2025
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
16:58 22.08.2025
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
16:57 22.08.2025
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
16:38 22.08.2025
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
16:35 22.08.2025
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
16:30 22.08.2025
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
16:19 22.08.2025
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
16:15 22.08.2025
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü