"Əli Kərimli dövlətə xəyanət yolunu tutub" - Deputat

"Əli Kərimli dövlətə xəyanət yolunu tutub" - Deputat
SİYASƏT
16:02 05.12.2025
967
"Qanun hamı üçün eynidir. Vəzifəsindən və mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında cavabdehdir. Bu həm iqtidar nümayəndələrinə, həm də də müxalifəti təmsil edənlərə aiddir”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.  

O vurğulayıb ki, dövlətə xəyanət bir cinayətdir:

"Dünən vəzifəli bir şəxs fəaliyyətinə və göstərdiyi müəyyən xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırıla və ona etimad göstərilə bilər. Lakin sonradan əgər o, öz fəaliyyətində səhvlərə yol verirsə, dövlət əleyhinə zidd yollara düşürsə, sözsüz ki, onun əvvəlki xidmətləri heç bir əhəmiyyət kəsb etmir. Ramiz Mehdiyev haqqında deyilənlərə də aiddir. Yüksək postda uzun illər çalışmış, lakin son illərdə fəaliyyətində ciddi nöqsanlara yol vermiş bir insanın bu gün cəzalandırılması qanunlarımıza tamamilə uyğundur. Müxalifət müəyyən məsələlərə və problemlərə öz münasibətini bildirə bilər. Ancaq dövlətə xəyanət etmək, çevriliş cəhdləri göstərmək, müəyyən insanlarla əlaqədə olmaq və konstitusiyanın verdiyi hüquqları ciddi şəkildə pozmaq bir cinayətdir”. 

Parlamentari qeyd edib ki, Əli Kərimli haqqında ciddi faktlar mövcuddur:

"Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Bu, araşdırmaların və tədqiqatların nəticəsidir. Əldə çox ciddi faktlar var. Araşdırmalar göstərir ki, Əli Kərimli həqiqətən dövlətə xəyanət yolunu tutub. O, xarici havadarları və onu dəstəkləyən xarici qüvvələrlə əlaqəyə girərək Azərbaycanda dövlət çevrilişi etmək, hakimiyyəti zorla ələ keçirmək təşəbbüsündə olub. Onun çıxışlarından da bunu aydın görmək mümkündür. O, dəfələrlə bu tip çıxışlar edib. Ancaq Azərbaycan dövləti humanist mövqe tutaraq lazımi vaxta qədər bu çağırışlara sərt reaksiya verməyib. Müxalifətin tərbiyə olunmasını və öz yoluna qayıtmasını məqbul hesab etmişdir. Lakin son hadisələr və əldə olan məlumatlar göstərir ki, artıq başqa çıxış yolu yoxdur”.

"Əgər Əli Kərimli, Cəmil Həsənli və digər müxalifət nümayəndələri hakimiyyətin zorla ələ alınması barədə planlar hazırlayaraq çağırışlar edirlərsə, onlar mütləq həbsə məhkumdurlar. Bu mövqedə olan hər bir insan öz cəzasını almalıdır. Vətəninin, xalqının gələcəyi haqqında düşünən hər bir vətəndaş bu fikirdədir”-, deyə deputat bildirib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq