AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə (!) səsləyən status yazıb.
AZXEBER.COM musavat.com-a istinadən Kərimovun statusunu təqdim edir:
Sitat: “İŞİD heç də hər adamın başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...”
Göründüyü kimi, dünyanı qorxuda saxlayan bu terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İnqilab Kərimov İŞİD-i Azərbaycana, Əli Kərimlini və İnqilab Kərimovu təqdir etməyənlərin başlarını kəsməyə dəvət edir.
Əli Kərimlinin zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir. Fransadan siyası sığınacaq alsa da, İnqilab Kərimov hazırda da AXCP-nin rəhbər strukturlarında təmsil olunur.
İşin maraqlı tərəfi də budur ki, facebookda bir sıra AXCP üzvləri də bu statusu “LİKE” ediblər, bəziləri isə dəstək də yazıblar. Bu situasiya isə AXCP rəhbərliyinin gerçək mahiyyətini ortaya qoyur; bu adamlar öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, İŞİD-lə belə müttəfiq olmağa hazırdırlar. Hansı ki, sözügedən partiya hakimiyyətə iddialıdır, demokratiyadan dəm vururlar və Azərbaycanda sivil hakimiyyət quracaqlarını iddia edirlər.
Əgər bir partiyanın təmsilçisi, daha dəqiq desək, partiya sədrinin əmisi oğlu ölkəyə İŞİD-i çağırırsa, baş kəsməyi doğru hərəkət sayırsa, bunların gerçək mahiyyəti o zaman nə olur? Üzərindən neçə gün keçməsinə baxmayaraq, AXCP rəhbərliyi bəyanat verərək, bu biabırçı bəyanatı pislədiyini, ona rəsmən qoşulmadığını bəyan etməyib. Bu da o deməkdir ki, başda Əli Kərimli olmaqla, təşkilat bu bəyanı qəbullanır.