Əli Kərimlinin gizli ‘Milli Şura’ planı

SİYASƏT
16:00 15.08.2013
1925

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də oktyabr ayında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyə hazırlaşır. Artıq mətbuatda bu barədə məlumatlar dərc olunmağa başlayıb.

Belə ki, AXCP Ali Məclisinin son iclasında da partiya sədri Əli Kərimli seçkilərdə namizəd ola biləcəyi ilə bağlı ipucu verib. O, çıxışında Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, onun özünün də məqsədə uyğun saydığı təqdirdə yeni bir şəxsin vahid namizədliyinin müəyyənləşdirilməli olduğu barədə təkliflərinin olacağını demiş və MŞ-in avqustun 12-də keçirilən sessiyasında Cəmil Həsənlinin ehtiyat namizəd olmasını dəstəkləmişdi.

Məsələylə bağlı AZXEBER.COM-a danışan prezidentliyə namizəd, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev AXCP sədrinin seçkilərdə namizəd olmaq istəməsini “Milli Şura”nın tərkibində olan parçalanma ilə əlaqələndirib. Onun sözlərinə görə seçkiyə qədər artıq Şuranın daxilində 5-6 namizəd seçkilərdə namizədliyini irəli sürəcək.

Prezidentliyə digər bir namizəd Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz ƏliazdəAZXEBER.COM-a açıqlamasında Əli Kərimlinin güzəştə getməyəcəyini bildirib:

“Milli Şura yeni yarananda da demişdim ki, bu şura ölü doğulan uşaqdır. Bu da təsdiqini tapdı. Nə İsa, nə Əli, nə də ki Eldar seçkidə heç vaxt bir-birlərinə güzəştə getməzlər. Onlar sadəcə olaraq bir nəfəri qabağa vermək üçün Rüstəm İbrahimbəyovu seçdilər. Və elə görüntü yaratdılar ki, guya bunun ətrafında birləşə biləcəklər. Nə İsa, nə də ki, Əli heç vaxt bir-birlərinə güzəştə getməyib, getməyəcəklər də”.

Müxalifət daxilində də vahid namizəd ətrafında gedən fikirlər, bu düşərgəyə olan inama çox böyük zərbə vurub.

Ümid Partiyasının sədri İqbal Ağazadə də Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin onun haqqında "Obyektiv TV” internet televiziyasına müsahibəsi zamanı aparıcının “Bizim sonuncu verilişimizdə İqbal Ağazadə açıq şəkildə dedi ki, bizə bu işdə Əli Kərimli mane oldu. Hətta qeyd etdi ki, mən öz namizədliyimi də geri götürürdüm, tə ki İsa Qəmbərlə Əli Kərimli ortaq məxrəcə gəlsin...” sözlərinə reaksiya verib:

“Bəli, o barədə mənə məsləhət olub. Partiyamızın rəhbər orqanları müxalifətin bir araya gəlməsi naminə belə bir addım atmağımı məsləhət görüblər”. İ.Ağazadənin “Amma Əli Kərimli hər halda, bu məsələdə sizin məsləhətçiləriniz kimi partiyanızın rəhbər orqanlarını nəzərdə tutmayıb...” fikrinə münasibəti də lakonik oldu: “Bu da Əli Kərimlinin mövqeyi və tərbiyəsidir...”AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR