Əli Kərimlinin müavini Milli Şura rəhbərliyinin qərarına etiraz etdi

SİYASƏT
20:00 21.08.2013
1241

Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev Milli Şura rəhbərliyinin qurumun növbəti sessiyasını avqustun 26-na təyin etməsi haqda qərarına narazılığını bildirib.

Gün.Azxəbər verir ki, R.Nurullayev bu barədə fikirlərini özünün “Facebook” səhifəsində paylaşdığı statusda ifadə edib:“İkinci vahid namizədlə bağlı razılıq əldə olunub.Bu çox gözəl. Amma, Milli Şuranın növbəti sessiyasının ayın 26-na salınmasını başa düşə bilmədim.Bunun da izahı verilsə yaxşı olar. 5 gün bundan sonraya. Nə isə...”

OXŞAR XƏBƏRLƏR