Əli Nağıyev: "Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır"

Əli Nağıyev: "Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır"
SİYASƏT
13:37 24.10.2023
378
Azərbaycanda "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları" və "Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq olunub, Milli Kibermərkəzin qurulması istiqamətində işlər aparılır.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək "Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

"Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, 9 indikator üzrə (kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər və s.) əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı yerdədir. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş "Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına əsasən 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir", - deyə Ə.Nağıyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?