Əli Xamneyi İsrailə etiraz edən tələbələrə məktub yazdı

Əli Xamneyi İsrailə etiraz edən tələbələrə məktub yazdı
DÜNYA
13:00 30.05.2024
111
İran ali lideri Əli Xamneyi ABŞ-də Fələstinə dəstək verən universitet tələbələrinin hərəkətlərini yüksək qiymətləndirib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Xamneyi ABŞ-nin müxtəlif universitetlərində Fələstinə dəstək verən tələbələrə məktub yazıb.

Xamenei məktubunda "Tarixin doğru tərəfindəsiniz. Amansız hökumətinizin işğalçı sionistləri açıq şəkildə dəstəkləməsinə baxmayaraq, şərəfli müqavimət seçdiniz", - deyib.

Fələstinin müsəlman, xristian və yəhudilərin köklü tarixi olan müstəqil bir diyar olduğuna diqqət çəkən Xamneyi ABŞ-nin İsrailə siyasi, iqtisadi və silah dəstəyi verdiyini və nüvə silahının yolunu açdığını vurğulayıb.

ABŞ-nin onlarla universitetində İsrailə qarşı etiraz aksiyaları keçirildiyini xatırladan İran lideri onların tələbələrlə ortaq hissləri olduğunu qeyd edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR