Bakıda avtobusda dəhşət saçan əlibıçaqlı qadının şəxsiyyəti müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı - polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
09:56
Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.
Qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.
Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.
Həmin görüntüləri təqdim edirik: