Ötən ay itkin düşən müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov tapılıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, itkin kimi axtarışı elan olunan Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, R. Bayramov mayın 7-si Biləsuvardan Bakıya gəlib, ayın 8-dən isə ondan xəbər alınmamışdı.