Əlikram Hümmətov Ermənistana getdi

SİYASƏT
13:25 24.09.2013
1805

1993-cü ildə Azərbaycanın cənubunda “Talış-Muğan Respublikası” elan edən Əlikram Hümmətov Ermənistana səfərə gedib.

AZXEBER.COM “Armenia today” saytına istinadən xəbər verir ki, onun səfərinin məqsəd İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak etmək və mühazirə söyləməkdir.

Ə.Hümmətov Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcək, daha sonra Dağlıq Qarabağa gedəcək. Burada o, iki gün ərzində “Arsax Universiteti”ndə görüşlər keçirəcək və mühazirə oxuyacaq.

Qeyd edək ki, Ə.Hümmətov bir müddət Azərbaycanda həbsdə qaldıqdan sonra, vətəndaşlıqdan məhrum edilərək, ölkədən deportasiya olunub.

OXŞAR XƏBƏRLƏR