Əlillər arasında boulinq üzrə ilk çempionat - VİDEO

MAQAZİN
18:48 05.04.2013
1290
Dünyada sağlamlıqdan qiymətli heç nə yoxdur. Amma elə insanlar da var ki, daxili güclərinin sayəsində butün xəstəliklərini unudub həyata dördəlli sarılırlar. Hətta idmanın müxtəlif sahələrində çempionat da keçirirlər.Kaman və ox atma üzrə paralimpiyaçı Zinyət Vəliyeva bu dəfə gücünü boulinq atmada sınayıb. Onun fikrincə, bu kimi tədbirlərin keçirilməsi digər əlillərə də stimul verir, onların aktiv həyata atılmamalarında yardımçı olur.Zinyətdən fərqli olaraq, digər komandanın üzvü Sahibin oyunda bir o qədər də bəxti gətirməyib. Lakin o, bu vaxta qədər atıcılıq üzrə yaxşı oyunçu oldğunu dəfələrlə təsdiqləyib. Qalib ola bilməsə də, ovqatını pozmayan oyunçu istənilən idman növü ilə məşğul olmaqla uğur əldə edə biləcəyindən əmindir.Qeyd edək ki, tədbirin sonunda birinci yer tutanlar kubok, digər yerlərin sahibləri isə diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin təşkilatçısı Kamal Məmmədovun sözlərinə görə, belə bir yarışın keçirilməsində əsas məqsəd əllilərin cəmiyyətin bərabər hüquqlü vətəndaşları olduqlarını, onların həyat eşqi və yüksək iradəyə malik olduqlarını insanlara çatdırmaqdır.Qeyd edək ki, yarış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası və Milli Paralimpiya Komitəsinin maliyyə dəstəyi ilə keçirilir.//anspress

OXŞAR XƏBƏRLƏR