"Əlillərin sayı müharibə dövründəkindən daha sürətlə artır" - Siyavuş Novruzov

"Əlillərin sayı müharibə dövründəkindən daha sürətlə artır" - Siyavuş Novruzov
SOSİAL
14:26 31.05.2018
3974
"Dünya ölkələri ilə müqayisədə əlilliyi olan şəxslərin sayı Azərbaycanda ümumi əhalinin sayına nisbətdə xeyli çoxdur”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, buna səbəb əlillik statusunun daha çox verilməsidir: "Düzdür, bizdə hər iki müharibənin (Əfqanıstan və Qarabağı nəzərdə tutulur - red.) iştirakçıları var. Amma dinc dövrdə əlillərin sayı sanki müharibə dövründən daha sürətlə artır. Elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik ala bilir. Elələri də var ki, haqqı çatır, ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əlillik düzgün müəyyənləşdirilsə və verilsə, həqiqi əlillərin pensiya və müavinətlərinin artırılması məsələsi gündəmə gələ bilər”.

S. Novruzovun sözlərinə görə, elə əlillər var ki, işləyə bilərlər: "Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv üzvü kimi fəaliyyətə cəlb etmək lazımdır. Elə əlillər var ki, oturaq şəkildə çalışa bilərlər.

Azərbaycan qanunvericiliyinə görə hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Çünki bu insanların iş axtarması digərlərinə nisbətən çətindir.

Bu məsələ qanunda təsbit olunsa da, bəzi strukturlar buna əməl etmir. Buna ciddi nəzarət olunmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayət gəlir. Aidiyyəti strukturlar buna ciddi nəzarət etməlidir ki, bu cür insanların hüquqları daim qorunsun. İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
19:04 19.07.2025
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
19:01 19.07.2025
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
18:52 19.07.2025
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm