Əlilliyi olan şəxslərlə bağlı layihə həyata keçirilir

GƏNCLİK
18:30 05.12.2013
1431

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik” adlı layihəsinin icrasına başlayır.

Layihə “World Vision Azərbaycan” təşkilatının dəstəyi ilə baş tutub.

Layihə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud olan insanlara qarşı cəmiyyətdə və xüsusi qayğıya ehtiyac olan uşaqlar arasında yeni münasibətlər qurmaq, onların cəmiyyətə inteqrasiyalarını asanlaşdırmaq, uşaqların problemlərinin həllində valideynlərə ailənin malik olduğu imkanı, potensialı göstərmək istiqamətində fəaliyyət həyata keçirməkdən ibarətdir.

Layihə çərçivəsində AGAT tərəfindən sosial çarx hazırlanacaq, dəyirmi masa təşkil olunacaq, gənclərlə yığıncaqlar keçiriləcək, gənclərin və əlilliyi olan şəxslərin iştirakı ilə konsert təşkil olunacaq.

Qeyd edək ki, layihə 2014-cü il sentyabr ayında sona yetəcək.

OXŞAR XƏBƏRLƏR