Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığıldı

Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığıldı
MƏDƏNİYYƏT
16:03 02.12.2022
2179
Əlisa Nicat üçün bir gecədə 7000 manata yaxın pul yığılıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində məlumat verib.

O, qeyd edib ki, Əlisa Nicat üçün bir gecədə yığılan pulun məbləği 6987 manat olub:

"Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldıq. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”.

O, həmçinin qeyd edib ki, dünən və bu gecə yardımlar davam edib. 

Xatırladaq ki, "Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Onun acınacaqlı durumda yaşaması və qaz pulunu ödəyə bilməməsi birmənalı qarşılanmayıb.

Aydın
OXŞAR XƏBƏRLƏR