Dünən AZXEBER.COM xəbər portalında yayımlanan "Azərbaycanlı tanınmış müğənni kişinin qucağında" adlı xəbər geniş rezonans doğurub. Xəbərdə adı hallanan müğənni "Elit star" Cəmilə məsələylə bağlı portalımıza açıqlama verib. O şəkil haqda deyib: "Bu dostumla zarafatyana çəkdirdiyimiz şəkildir. Mən onun qucağında oturmamışam, yanında oturmuşam. Həm də iddia edildiyi kimi o yaşlı kişi yox, cavan uşaqdır. Bir daha qeyd edirəm ki, bu zarafatyanan çəkilmiş fotodur"