Əliyar Ağayev "Barselona"nın oyununa təyinat aldı

Əliyar Ağayev "Barselona"nın oyununa təyinat aldı
İDMAN
16:28 18.04.2018
5097
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb. 

AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR