Əliyar Ağayev “Bordo”nun futbolçusunu meydandan qovdu

Əliyar Ağayev “Bordo”nun futbolçusunu meydandan qovdu
İDMAN
14:49 24.08.2018
4829
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, 30 yaşlı referi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan Belçikanın "Gent" və Fransanın "Bordo" klubları arasında keçirilən ilk oyunda iş başında olub. Belçikada keçirilən qarşılaşmada hesab açılmayıb. Əliyar Ağayev bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub. O, oyunun 41 və 90+3-cü dəqiqəsində "Bordo"nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.

Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
OXŞAR XƏBƏRLƏR