Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal oyununa təyinat alıb

İDMAN
20:01 28.02.2023
277
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Kubokunun oyununa təyinat alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək "Olimpiakos” - AEK oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Ağayev əvvəllər də bir neçə dəfə Yunanıstandan dəvət alıb.

OXŞAR XƏBƏRLƏR