Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində keçirilən "Latsio" - "Apollon" oyununu idarə edib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərən Ə.Ağayav görüşdə penalti də təyin edib. Qonaqların qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini Çiro İmmobile dəqiq yerinə yetirib.