“Əliyarın 2 yox, 1 “Galendewagen”i var””

“Əliyarın 2 yox, 1 “Galendewagen”i var””
SOSİAL
11:59 21.10.2019
5280
Biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyarın bıçaqlanması xəbəri ilə bağlı ailənin vəkili açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, vəkil İlqar Rüstəmov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bundan öncə yayımlanan yazıda bəzi məlumatlar yanlış qeyd olunub. Vəkil bildirib ki, bu işdə bir yox, iki zərərçəkmiş var. Belə ki, digər şəxs Sabir Tarverdiyevdir.

İ.Rüstəmov müvəkkili və atasının qalmaqallı "26-lar” kafesinin sahibi olmasını da təkzib edib: ""26”lar kafesinin nə Əliyar Qasımova, nə də atası Ərəstun Qasımova aidiyyatı var. İkincisi, adam xaricdə də gedib bahalı maşınların yanında şəkil çəkdirə bilər. Bu o deməkdir ki, həmin maşınlar onundur? Onun iki "Galendewagen”inin olduğu yazılıb, bu yalandır, Əliyarın yalnız bir "Galendewagen”i var”. 

Vəkil hazırda məhkəmədə araşdırılan hadisənin necə baş verdiyindən danışıb: 

"Əliyar, Sabir və Tural uşaqlıqdan dost olublar, sinif yoldaşıdırlar. Əliyar evlidir, 3 uşağı da var. Onun dediyinə görə, Tural son zamanlar narkotik aludəçisinə çevrilibmiş. Dəfələrlə narkotik qəbul edərək onların yanına gəlib və ağlasığmaz sözlər danışırmış. Son iki ay ərzində isə Tural bir neçə dəfə Əliyara deyib ki, sən mənim sevgilimlə münasibətdə olmusan. Əliyar da belə bir şey olmadığını, ona ağlını başına yığmasını deyib. Hadisə günü də Əliyar Sabirlə "Papa Cinema” adlı klubda olarkən Tural ora gəlib və yenə də Əliyara deyib ki, "sən mənim sevgilimə "padxod” eləmisən”. 

Bu vaxt Əliyar balalarının canına and içir, and-aman edir ki, elə şey olmayıb. Tural isə dediyindən əl çəkməyib, bu vaxt Əliyar "sən nə şəxsiyyətsiz adamsan, əl çək də daha” deyib və dava düşüb. Tural Əliyara 3 bıçaq zərbəsi vurub. Onlardan biri ürək, biri çiyin nahiyəsindən dəyib. Üçüncü zərbəni vuranda Əliyar əlini qabağa atıb və zərbə əlinə dəyib. Buna görə hazırda iki barmağı fəaliyyətini itirib. Ürək nahiyəsindən dəyən zərbəyə görə isə iki dəfə əməliyyat keçirib və uzun müddət komada olub. Sabir isə ayağından bıçaq zərbəsi alıb. Təqsirləndirilən Tural Məmmədov da ötən məhkəmə iclasında dedi ki, əməlindən peşman deyil, üzr istəməyəcək”.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BAKI VƏ ABŞERONUN SU SİSTEMİNDƏ BÖYÜK DƏYİŞİKLİK: 2035-Cİ İLƏ QƏDƏR NƏ BAŞ VERƏCƏK? - ADSEA YARADIR
09:07 27.09.2026
BAKI VƏ ABŞERONUN SU SİSTEMİNDƏ BÖYÜK DƏYİŞİKLİK: 2035-Cİ İLƏ QƏDƏR NƏ BAŞ VERƏCƏK? - ADSEA YARADIR
Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"
07:05 27.09.2026
Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"
Trampdan süni intellektlə bağlı MARAQLI TƏKLİF
05:28 27.09.2026
Trampdan süni intellektlə bağlı MARAQLI TƏKLİF
Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü
03:22 27.09.2026
Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü
Xəzərdə 14 hərbçinin ölümündən sonra Tokayevdən TƏCİLİ TAPŞIRIQ
02:35 27.09.2026
Xəzərdə 14 hərbçinin ölümündən sonra Tokayevdən TƏCİLİ TAPŞIRIQ
Lavrov BMT kürsüsündən Maduronun azad edilməsini TƏLƏB ETDİ
01:39 27.09.2026
Lavrov BMT kürsüsündən Maduronun azad edilməsini TƏLƏB ETDİ
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni AÇIQLAMA
01:16 27.09.2026
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni AÇIQLAMA
Ukraynada virus həyəcanı: Sürətlə naməlum infeksiya yayılır
00:52 27.09.2026
Ukraynada virus həyəcanı: Sürətlə naməlum infeksiya yayılır
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
00:46 27.09.2026
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
00:35 27.09.2026
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
00:19 27.09.2026
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Azərbaycanda Anım Günüdür
00:01 27.09.2026
Azərbaycanda Anım Günüdür
Lənkəranın ən böyük kəndlərindən birində içməli su PROBLEMİ - VİDEO
23:49 26.09.2026
Lənkəranın ən böyük kəndlərindən birində içməli su PROBLEMİ - VİDEO
Payızda mövsümi infeksiyalardan qorunmaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
23:33 26.09.2026
Payızda mövsümi infeksiyalardan qorunmaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
23:23 26.09.2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
23:17 26.09.2026
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?