AZXEBER.COM xəbər verir ki, bu barədə OLAY-a aparıcı özü məlumat verib.
Ellada bildirib ki, səbəbsiz şəkildə "10-da görüşək" verilişinin heyətindən çıxarılıb.
"Sözün düzü səbəbsiz oldu. "Rəngarəng" verilişi ilə olan qalmaqaldan sonra bu baş verdiyi üçün elə düşünmək olar. Amma əlimdə bir fakt yoxdu. Bu söhbət açılmadı, mənə heç bir səbəb bildirilmədi. Mənə deyildi ki, büdcə ilə bağlı problem var. Ona görə uzaqlaşdırılmışam. Amma biz kanaldan aldığımız maaşla dolanmırıq. Səhnələrimizdən, reklamlarımızdan ödənişlər alırıq. Mən efirə maaşa görə yox, işimi sevdiyim üçün çıxıram. Aparıcılıq mənə ayrı cür zövq verir. Ona görə mənə deyiləndə ki, maaş verə bilməyəcəklər. Bunu bir səbəb kimi qəbul etmədim. Çünki aldığım maaş çox cüzi məbləğdir".
Xatırladaq ki, Ellada bir neçə gün öncə aparıcı Zaur Nəbioğlu ilə qalmaqal yaşamışdı. Müğənni, aparıcını polisə verərək ondan şikaətçi olub.
Aysel