Tədqiqatçılar güclü lazerdən istifadə edərək səmada ildırımı vurmağı bacarıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu tədqiqat elm tarixində bir ilk olub.
Bu inkişaf ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər.
Güclü lazer ildırım çubuğuna dəyməzdən əvvəl onu təqribən 60 metr istiqamətləndirə bilib.
Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazerini İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər.
Bu yerin üstünlüyü ildə ən azı 100 dəfə ildırım vurmasını etibarlı şəkildə qəbul edən 400 metrlik rabitə qülləsidir.
Mikayıl