Elman Məmmədov rəis təyin edildi

Elman Məmmədov rəis təyin edildi
SOSİAL
10:38 09.05.2018
2782
Xaçmaz rayon Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, müvafiq sərəncamla bu vəzifəni Məmmədov Elman Telman oğlu icra edəcək.
 
E.Məmmədov 1985-ci ildə Xaçmaz şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə bitirib. 2010-cu ildə Xaçmaz rayon Gənclər və İdman İdarəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. 2-ci dərəcəli dövlət qulluqçusudur.

OXŞAR XƏBƏRLƏR