Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"

Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"
SOSİAL
11:33 25.06.2021
1193
Milli Məclisin bu gün keçirilən iclasında "Milli Məclis deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

"Report”un xəbərinə görə, bu təkliflə deputat Elman Nəsirov çıxış edib.

O bildirib ki, Milli Məclis deputatının statusuna dəyişiklik edilməlidir:

"Oradan deputat sözü çıxarılıb, ora millət vəkili sözü əlavə edilməlidir. Çünki biz millətin vəkiliyik. Həm də deputat sözü alınma sözdür”.
OXŞAR XƏBƏRLƏR