Elman Nəsirov: "Fransanın Əlcəzairdə törətdiyi vəhşilikləri heç kim unutmayıb"

Elman Nəsirov: "Fransanın Əlcəzairdə törətdiyi vəhşilikləri heç kim unutmayıb"
SİYASƏT
11:58 19.04.2021
626
"Azərbaycan Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsinə qazandığı qələbəyə həsr olunan Hərbi Qənimətlər Parkının istifadəyə verilməsi çoxlarını sevindirsə də, nə qədər qəribə səslənsə də bəzilərini narahat edir. Hər bir azərbaycanlının qürur duymalı olduğu bu məkana narazılıqla yanaşır, parkda nümayiş olunan qorxaq erməni əsgərlərinin xarakterini əks etdirən maketlərini, boş qalmış dəbilqələrini qəbuledilməz hesab edərək sosial şəbəkələrdə təhqiramiz fikirlər yazmaqdan da çəkinmirlər. Bu gün "sapı özümüzdə olan baltalar "klaviatura arxasında əyləşərək təxribatçı fikirlər yaymağa çalışırlar. Hətta şanlı qələbəmizə də kölgə salmağa çalışırlar".

Bu sözləri AZXEBER.COM–a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. 

O deyib ki, Azərbaycanın qələbəsinə kölgə salmağa çalışan qüvvələr var: 

"Parkın açılışı çox böyük siyasi əhəmiyyəti olan hadisədir, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazandığı şanlı qələbənin ən böyük təzahürüdür. Eyni zamanda Ermənistan ordusunun miskin vəziyyətinin onun dırnaqarası yenilməzliyinin sübutudur. Bu orduya mı yenilməz ordu deyirdiniz? Diz çökərək ağ bayraq qaldırıb, 10 mindən çox fərarisi olan bir ordunun miskin vəziyyətinin ifadəsi deyilmi. Həm də bu parkın açılışı Azərbaycan xalqının qalib ruhunu daha da gücləndirir, psixoloji baxımdan çox böyük təsir edir, qələbə ruhumuz  daha da güclənir. Buna bütün dostlarımız sevinir, amma eyni zamanda düşmənlərimiz də var "sapı özümüzdə olan baltalar” da var. Onlar sosial şəbəkələrdə klaviatura arxasında əyləşib özlərini  dırnaqarası qəhrəman obrazı kimi qələmə verməyə çalışırlar. Hətta  şanlı qələbəmizə də kölgə salmaq istəyirlər. 

O Fransanın Ermənistandakı səfirini də kəskin tənqid edib: 

"Çox qəribə bir şey diqqətdən yayınmır, sosial şəbəkələrdə adı soyadı ola bilsin azərbaycanlı ad və soyadıdır, amma davranışığına baxsanız görəcəksiniz ki, burada Fransanın Ermənistandakı səfirinin mövqeyinin sinxronu diqqətdən qaçmır. Həmçinin o, Ermənistan ordusunun məğlubiyyətini ləyaqətli məğlubiyyət adlandırır. Təsəvvür edirsiniz ləyaqətli məğlubiyyət. 

Eyni zamanda Hərbi Qənimətlər Parkı ilə də bağlı özünün narahatlığını gizlədə bilmir. Eyni vəziyyəti biz sosial şəbəkələrdə də müşahidə edirik. Müəyyən siyasi qruplaşmalara, müəyyən anti-Azərbaycan siyasi qruplaşmaların əlində alət olan misgin siyasi ünsürlər bizim tarixi qələbəmizə də kölgə salmaq istəyirlər. Guya ki, burada erməni əsgərlərinin hüquqları pozulub. Erməni əsgərlərinin başında gəzdirdikləri o dəbilqələr bu gün həmin parkda yellənir. Bu bizim qələbəmizin bir tarixçəsidir. Amma ona da bir rəng qatmaq istəyirlər, ona da başqa prizmadan yanaşırlar. Birincisi onların vicdanı olsun, Xocalı soyqırımında həmin o dəbilqəli erməni əsgərlərinin Azərbaycan xalqının başına hansı müsibətlərin, hansı faciələrin başına gətirdiyini gözlərinin qabağında canlandırsınlar. Birincisi bunu düşünsünlər, ikincisi də tənqid etmək üçün mən üzümü tuturam Fransanın elə Ermənistandakı səfirinə. Bir insanın mənəvi haqqı olmalıdır. Fransanın Əlcəzairdə törətdiyi bəşəri cinayətləri heç kim unutmayıb. Orada Əlcəzairlilərin başlarını kəsib, onlarda bir muzey yaratmaq istəmişdilər. Və bütun bunlar hamısı tarixdədir, heç kim unutmayıb. Əlcəzairdə faktiki olaraq ən böyük vəhşiliyə imza atan bir dövlətin səfiri bu gün Azərbaycanı ittiham etmək istəyir. Mən hesab edirəm ki, tənqid edənlər bir güzgüyə baxsın sonra da tənqid etməyə başlasınlar. Belə şeylər keçməz, əksinə bu gün Azərbaycan xalqı bilir ki, bizim qələbəmizi nə qədər istəməyən qüvvələr var. Məhz ona görə də, xalqımız Ali Baş Komandanın ətrafında daha daha möhkəm birlik nümayiş etdirir. Yəni onların bu istəkləri, onların bu xəbis niyyətləri heç bir zaman reallaşmayacaqdır. Beynəlxalq fikirdə Azərbaycanı gözdən salmaq kampaniyaları əks effekt olacaq. Turistlər xarici ölkələrdən gəlib öz gözləri ilə görəcəklər ki, Ermənilər Aərbaycana qarşı, onun əhalisinə qarşı 30 il ərzində hansı cinayətləri törədiblər və 30 il ərzində də məsuliyyətdən kənarda qalıblar”.
 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR