Elman Paşayev Moskvada saxlanıldı

SOSİAL
10:19 17.09.2024
188
Rusiyanın paytaxtı Moskvada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev dələduzluq işi üzrə saxlanılıb. O, Aleksey və Yelena Blinovskiləri pul müqabilində vergidən yayınma ittihamı ilə cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko danışıb.

İstintaq Komitəsinin hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (xüsusilə külli miqdarda dələduzluq) üzrə cinayət işi açıb.

İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Paşayev Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Paşayev bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisədə təqsirli bilinən Mixail Yefremovun vəkili kimi şöhrət qazanıb. Onun sonradan vəkil statusu əlindən alınıb.
OXŞAR XƏBƏRLƏR