Elman Rüstəmov: "2030-cu ilə qədər inkişaf strategiyası müəyyənləşdirilib"

İQTİSADİYYAT
12:23 20.10.2021
128
"Azərbaycanda post-pandemiya, postneft və postkonflikt dövrünün çağrışlarını nəzərə alan ölkə prezidenti 5 milli prioritet müəyyənləşdirib".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"Bu günlərdə hökumət və AMB yeni milli inkişaf strategiyası müəyyən edib. Bu strategiya 2030-cu ilə qədər hesablanıb. Onun 1-ci mərhələsi 2022-2026-cı illəri əhatə edəcək. Bu strategiyanın əsas elementləri iqtisadi artım, iqtisadi şəffaflıq, şaxələnmə, yaşıl iqtisadiyyat, ətraf mühit, inkluzivlik və digər dünyada baş verən ən müasir proseslərə cavab olaraq müəyyənləşdirilib. Strategiyada ən mühüm istiqamətlərdən biri bütövlükdə iqtisadiyyatın şaxələndirilməsidir, dövlət investisiyalarının özəl investisiyalarla əvəz edilməsidir. Burda bank sektorunun üzərinə olduqca böyük məsuliyyət düşür, sektorun qarşısında olduqca böyük çağırışlar var", - o deyib.

OXŞAR XƏBƏRLƏR