Elman Rüstəmovdan manatla bağlı - Bəyanat

Elman Rüstəmovdan manatla bağlı - Bəyanat
SOSİAL
17:16 23.01.2017
2929

 

"2016-cı ildə Mərkəzi Bank öz fəaliyyətini qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslər və bu proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin artması fonunda həyata keçirib”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2016-cı ilin yekunlarına həsr olunmuş iclasda çıxışı zamanı deyib. 

Çıxışında o, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına toxunaraq tədiyə balansındakı yeni meyilləri, o cümlədən neftin qiymətinin cari əməliyyatlar hesabına və neft gəlirlərinə təsirləri, kapitalın və maliyyənin hərəkəti hesabının tədiyə balansında yaranmış kəsirdə əsas rol oynaması, bunun valyuta bazarına təsirləri və bu şəraitdə məzənnə rejimin liberallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olundu ki, məzənnə rejiminin liberallaşdırılması mövcud iqtisadi şəraitdə obyektiv reallığa çevrilmiş və bu, tədiyə balansının, valyuta ehtiyatlarının strateji dayanıqlığının artırılmasında, habelə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatdan gələn mənfi təsirlərdən effektiv qorunmasında, həmçinin pul siyasətinin çevikliyinin və makroiqtisadi səmərəsinin gücləndirilməsində mühüm addımlardan biridir.

Məzənnə rejiminin çevikliyinin artırılması üçün E.Rüstəmov 2016-cı ildə görülən hazırlıq işlərinə də toxunub. Qeyd edildi ki, Prezident İlham Əliyevin 15 iyul 2016-cı il tarixində "Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” imzaladığı Fərman və bu Fərmandan irəli gələrək "2017-ci ildə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nın hazırlanaraq təsdiq olunması və icrasına başlanmasının mühüm əhəmiyyət kəsb edir.

İclasda o da vurğulandı ki, bütün bu tədbirlər iqtisadi artımın zəruri şərtlərindən biri olan makroiqtisadi sabitləşmənin başlıca platformasını təşkil edir və Prezidentin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərmanına uyğun olaraq üzən məzənnə rejiminə rəvan keçid üçün əlverişli zəmin yaradır.

Sonra E.Rüstəmov 2016-cı ildə pul siyasətinin həyata keçirilməsi barədə kollektivi məlumatlandıraraq, xüsusilə, qəbul edilmiş pul proqramının reallaşması, pul siyasəti alətlərinin mövcud makroiqtisadi şəraitə uyğun tətbiq edilməsi barədə danışıb. 

Sonra E.Rüstəmov iqtisadi artım və onun amilləri, inflyasiyanın dinamikası, maliyyə sabitliyinin idarə olunması barədə də məlumat verib. İclasda o da vurğulandı ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənildi, geniş müzakirələr aparıldı, qarşıda duran vəzifələr müəyyənləşdirilib. 

Müzakirələrdə qeyd edildi ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılmış, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilmiş, valyuta bazarında manatın məzənnəsinin kəskin volatilliyinə yol verilməmiş, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılmış, institusional inkişaf prosesi sürətlənmiş, insan resurslarının inkişafına diqqət artırılmış, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilmişdir.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkdi. Bildirdi ki, prezidentin irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli sənaye və kənd təsərrüfatı klasterlərinin inkişaf etdirilməsi, beləliklə ortamüddətli dövrdə özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda daha dayanıqlı iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran başlıca strateji çağırışdır. 

O, 2017-ci ildə qarşıda duran vəzifələr, o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında Mərkəzi Bankın Maliyyə Sabitliyi Şurasının fəaliyyəti çərçivəsində görəcəyi işlər, pul siyasətinin əsas istiqamətləri, habelə ödəniş sistemlərinin inkişafı sahəsində nağdsız iqtisadiyyatın genişləndirilməsi vəzifələri, nağd pulun idarə edilməsi sahəsində ilk növbədə iqtisadiyyatın nağd pula olan tələbi vaxtında və müvafiq strukturda ödənilməsinin vacibliyi, eləcə də Mərkəzi Bankın daxili institusional inkişafı sahəsində görüləcək tədbirlər barədə məlumat verdi.

Yekun nitqinin sonunda E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatından, eləcə də Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır