Elmar Məmmədyarov fransız deputatlarla görüşüb

SİYASƏT
10:40 01.11.2013
997
Elmar Məmmədyarov on altı nəfərdən ibarət olan Fransa parlament nümayəndə heyətini qəbul edib. 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fransa nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.Görüş əsnasında Azərbaycan ilə Fransa arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi fəaliyyəti üzrə fikir mübadiləsi aparılıb.Azərbaycanın Fransanın regionları ilə əməkdaşlığının inkişaf etməsinə münasibətdə məmnunluq ifadə olunub.Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində fransalı millət vəkillərinin çoxsaylı suallarını cavablandıraraq, münaqişənin həll edilməsinə dair Azərbaycanın mövqeyi barəsində ətraflı məlumat verib.

OXŞAR XƏBƏRLƏR