Elmar Məmmədyarov İrana getdi

Elmar Məmmədyarov İrana getdi
SİYASƏT
10:36 05.04.2016
1439
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "twitter" səhifəsində məlumat verilib.
Görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.
Bununla yanaşı, E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.
OXŞAR XƏBƏRLƏR