Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da İrana səfər edəcək.
AZXEBER.COM XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının növbəti 21-ci iclasında iştirak etməkdir.İclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.Qeyd olunmalıdır ki, bu ilki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçəcək.