Elmar Məmmədyarov İraqda səfərdədir

Elmar Məmmədyarov İraqda səfərdədir
SİYASƏT
18:30 10.02.2014
901

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-u səhər saatlarında Bağdada gəlib. Bu barədə Trend İraq Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

İraqın xarici işlər naziri Huşyar Zibari azərbaycanlı həmkarını və onu müşayiət edən nümayəndə heyətini Bağdadın beynəlxalq aeroportunda qarşılayıb.

E.Məmmədyarovun İraq hökumətinin yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlər zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR