Elmar Məmmədyarov İsrail səfirini qəbul edib

SİYASƏT
18:37 29.07.2015
869

Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

AZXEBER.COM XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir R. Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir E. Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

OXŞAR XƏBƏRLƏR