Elmar Məmmədyarov Morninqstarla görüşdü

SİYASƏT
17:15 17.07.2014
807
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul keçirib.
AZXEBER.COM-un nazirliyin saytına istinadən veridyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib. Bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Riçard Morninqstarıa gələcək fəaliyyətində uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR