"Ramiz Mehdiyevlə bağlı açıqlama verməyəcəm. Bu etik baxımdan düzgün deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, yalnız xarici siyasət mövzuları ilə bağlı mətbuata açıqlamalar verir:
"Bu haqda danışmayacam. Xarici siyasət ilə bağlı sualınız varsa, cavablandırım”.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Şahanə Ziyad