Nazir Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfər edib. AZXEBER.COMXarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, 15 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Rumıniyanın rəsmi şəxslər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.