Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib

SİYASƏT
23:37 31.10.2015
1358
Xarici işlər naziri Elmar Məmmədyarov çoxsaylı insan itkisinə səbəb olmuş təyyarə qəzası ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.
XİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov həmkarına dərin kədərini ifadə edib və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR