Elmar Məmmədyarov Türkmənistana getdi

SİYASƏT
10:41 29.01.2015
805

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana səfərə yola düşüb.AZXEBER.COM-un XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvarda Aşqabadda keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2014-cü ilin 26 may tarixində Bakıda keçirilən ilk üçtərəfli görüşdə enerji sahəsində əməkdaşlıq, üç ölkənin maraqlarında olan digər məsələlər müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR