Elmar Məmmədyarov yəhudilərə təklif verdi

Elmar Məmmədyarov yəhudilərə təklif verdi
SİYASƏT
11:35 03.06.2013
1623

"Azərbaycan təcrübəsi İsrail və Fələstin arasında “beynəlxalq körpü” rolunu oynasın"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda yəhudi lobbisi forumunun açılış mərasimində iştirak edib. APA-nın məlumatına görə, XİN başçısı iştirakçılara ölkəmizin enerji resurslarının təminatçısı kimi həlledici rolu və Azərbaycanla İsraili birləşdirən sıx əlaqələr barədə məlumatlandırıb. Nazir qeyd edib ki, Azərbaycan və İsraili diplomatik münasibətlərin sərhədlərini aşan sıx dostluq münasibətləri birləşdirir. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan tarixində antisemitizm olmayıb və ölkəmiz bu gün 35 minə yaxın yəhudinin doğma vətənidir. Nazir bu yaxınlarda İsrailə ilk rəsmi səfər etdiyini, səfər çərçivəsində Fələstinə də getdiyini xatırladıb. Elmar Məmmədyarov təklif edib ki, müsəlman, xristian və yəhudilərin dinc birgə yaşamasına dair Azərbaycan təcrübəsi İsrail və Fələstin arasında sülhün bərqərar olmasına yardım üçün “beynəlxalq körpü” rolunu oynasın. Qeyd edək ki, AJC Global Forum adlanan tədbir hər il ABŞ-ın yəhudi lobbisi tərəfindən keçirilir. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən nümayəndələri iştirak edirlər. Bu il forum iştirakçıları plenar sessiyalar çərçivəsində “ərəb baharı”nın nəticələrini, immiqrasiya, inteqrasiya və uyğunlaşma məsələlərini müzakirə edəcəklər. Forumun açılış mərasimində Polşanın xarici işlər naziri Radoslav Sikorski, Çexiya xarici siyasət idarəsinin rəhbəri Karel Şvartsenberq iştirak ediblər. ABŞ-ın dövlət katibi Con Kerrinin də forumda çıxışı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu