00:51 Cümə Axşamı, 22 Avqust 2019
SİYASƏT

Elmar Məmmədyarovla Mnatsakanyanın görüş vaxtı açıqlandı

11:32, 03.12.20182848
Elmar Məmmədyarovla Mnatsakanyanın görüş vaxtı açıqlandı
ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.


Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
XƏBƏR LENTİ