Elmar Vəliyev vətəndaşları qəbul etdi - FOTOLAR

Elmar Vəliyev vətəndaşları qəbul etdi - FOTOLAR
SİYASƏT
20:10 15.08.2014
1451

Xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə Gəncə şəhər İcra Hakimiyyəti başçısının diqqət mərkəzindədir. Danılmaz həqiqətdir ki, müraciətlər cəmiyyətin rəyini öyrənməkdə, insanları narahat edən problemlərin həllində böyük rol oynayır.

AZXEBER.COM-un məlumatına görə, İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin keçirdiyi hər bir qəbul qarşılıqlı ünsiyyətin ən səmərəli forması olaraq müraciətlərin sayının azalmasına xidmət etdiyi kimi yaranmış problemlərin aradan qaldırılması üçün də əsaslı tədbirlərin görülməsinə şərait yaradır. Çünki bu zaman qaldırılan məsələlər daha tez, daha operativ həllini tapır.

Bu gün hər bir sakinə yaxşı məlumdur ki, Prezident cənab İlham Əliyevin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilən infrastruktur layihələrin icrası nəticəsində Gəncədə tam yeni bir dövr başlanmışdır. Bunu müraciətlərin azalan sayı və mövzusu da təsdiq edir. Bütün mövcud problem həllini tapır. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi: «Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. …Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır».

Bunun əyani sübutu olaraq son 3 ildə Gəncədə həyata keçirilən möhtəşəm layihələri, sahibkarlara yaradılan əlverişli şəraiti, yeni açılan iş yerlərini, milli-mənəvi dəyərlərə verilən yüksək qiyməti, tam təmirli məktəb və uşaq bağçalarını, açılan və yaxud da bünövrəsi qoyulan sənaye obyektlərini göstərmək olar.

Müraciətlər arasında şəhid ailələrinə yüksək qayğı göstərilməsi və onların problemlərinin qısa bir vaxtda aradan qaldırılması ilə bağlı təşəkkürlər də yer alır. Elə avqustun 14-də keçirilən qəbulda da ən çox diqqət Qarabağ müharibəsi əlillərinin, eləcə də şəhid ailələrinin problemlərinin həllinə yönəldildi. Bu kateqoriyadan olan insanları təmkinlə dinləyən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onların qaldırdıqları bir çox məsələləri elə yerindəcə həll etdi. Bəzilərinin həlli üçün isə aidiyyəti orqanların rəhbərlərinə tapşırıqlar verdi.

İkinci qrup Qarabağ əlilləri Feruz Rzayev, Səfər Yusifov və Vüqar Qarayev, şəhid anaları Qeysun Babayeva və Xalidə Abdullayeva, Çernobıl əlili Şöhrət Abbasovun icra başçısına etdikləri müraciətlər müsbət həllini tapdı. Şəhər İcra Hakimiyyətinin başçısı torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq göstərmiş hər bir Azərbaycan vətəndaşına dövlət səviyyəsində qayğı göstərildiyini və bu məsələnin ölkə başçısının daim nəzarətində olduğunu qeyd etdi.

Ümumilikdə qəbulda 100 nəfər iştirak edirdi. Onların içərisində mənzilində yaranmış qəzalı vəziyyətdən, su problemindən, liftin işləməməsindən, sağlamlıqlarının bərpası üçün lazımi köməklikdən, evləri yanmış vətəndaşlara maddi yardım və sair məsələlərdən bəhs edən müraciətlər də oldu. Həmin müraciətlərin həll olunması üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verildi. Ümumilikdə vətəndaşlar qəbuldan razı getdilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib