Elmi araşdırma: Yalnız olmaq beyni kiçildir

SAĞLAMLIQ
12:03 13.07.2023
423
Yapon tədqiqatçıları müəyyən ediblər ki, yaşlı insanlarda sosial təcrid beyin həcminin azalmasına səbəb ola bilər.

AZXEBER.COM alimlərin araşdırmasına istinadən xəbər verir ki, İzolyasiyanın beynə necə təsir etdiyini anlamaq üçün Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları 65 və daha yuxarı yaşda olan 8896 nəfərin MRT müayinəsini təhlil ediblər.

Tədqiqatda iştirak edən könüllülərdən onlarla yaşamayan qohumları və dostları ilə görüşmək və ya telefonla danışmaq kimi tez-tez ünsiyyət qurduqları soruşulub.

Ən aşağı səviyyədə sosial təmasda olan insanların beyin həcmi ən çox sosial təmasda olanlarla müqayisədə əhəmiyyətli dərəcədə kiçik olub.

Kəllə daxilində ağ və boz maddənin cəminə nisbətdə ümumi beyin həcmi ən aşağı təmas qrupunda 67,3%, ən yüksək təmas qrupunda isə 67,8% təşkil edib.

Bununla belə, təcrid olunmuş insanlar daha çox qeyri-sağlam həyat tərzi keçirməyə meyllidirlər ki, bu da onların beyinləri üçün pis ola bilər.

Gülay

OXŞAR XƏBƏRLƏR