Elmira Axundova vəzifəsini itirib? - Özündən açıqlama

Elmira Axundova vəzifəsini itirib? - Özündən açıqlama
SİYASƏT
16:19 06.04.2023
3806
Bəzi xəbər saytlarında Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın vəzifəsindən azad olunması haqda məlumat yayılıb. 
 
AZXEBER.COM məsələ ilə bağlı Elmira Axundova ilə əlaqə saxlayıb. 
 
Elmira Axundova bu haqda ətraflı danışmaq istəmədiyini bildirib: 

"Bu haqda danışmaq istəmirəm. Baxaq nə ilə yekunlaşacaq". 

Qeyd edək ki, bu gün "bakupost.az" saytında Azərbaycanın Ukraynaya yeni səfir təyin edəcəyi haqda xəbər yayımlanıb. 

Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. 

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR