Elnarə bu oğlana yox dedi - VİDEO

MAQAZİN
12:25 04.06.2013
2281

Müğənni Elnarə Xəlilova ilə duet oxumağı planlaşdıran reper Orxan Həyatın arzusu gerçəkləşmədi. Belə ki, Elnarənin iş qrafikinin sıx olması buna imkan vermir. Bu səbəbdən duet oxumaq üçün reper yeni populyarlaşan “S-Twins” qrupuna müraciət edib. Lakin qrup hazırda kanalların birində yayımlanan qrup yarışında iştirak etdiyindən reperin müraciətini cavabsız qoyub. Buna baxmayaraq, reper ruhdan düşməyərək nəzərdə tutulmuş dueti gənc müğənnilərdən biri ilə ifa etmək məcburiyyətində qalıb. Başıbəlalı duet artıq hazırdır. Orxan müəllifi özü olduğu “Nəbzimi tut” adlanan yeni trekin dinləyicilər tərəfindən əvvəlki trekləri kimi bəyəniləcəyinə inanır. Üstəlik, təklifini geri çevirən və başqa tanınmışlarla nə vaxtsa duet reallaşdıracağına ümid edir.

Yeni treki təqdim edirik

OXŞAR XƏBƏRLƏR